AZ

Südə bir çimdik duz əlavə edin, görün nə olur? Bu SİRRİ öyrənənlər həmişə edəcəklər

Südə bir çimdik duz əlavə edin, görün nə olur?

Süd sağlam və qidalı tərkibi ilə səhər yeməyimizin əvəzolunmaz hissəsidir. Ancaq südün tez xarab olması mətbəxlərdə israfa səbəb ola bilər. Xoşbəxtlikdən, südü daha uzun müddət təravətli saxlamağın sadə və effektiv yolu var: südə duz əlavə etmək. Bu üsulun süd üçün faydaları...

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, süd xüsusilə isti yay aylarında tez xarab olan qidadır. Bununla belə, duz süddəki su molekullarını bağlayaraq bakteriyaların çoxalmasının qarşısını alır. Bu, südün xarab olmasını ləngidir və təzə saxlayır. Duzun təsiri sayəsində süd daha uzun müddət təzə və təhlükəsiz saxlanıla bilər. Bundan əlavə, süddə duzun olması bakteriyaların böyüməsini maneə törədir və südün saxlama müddətini uzadır.

Südə duz əlavə etməyin faydalarından tam yararlanmaq üçün miqdarına diqqət yetirilməlidir. Həddindən artıq duz əlavə etmək südün dadını duzlu edə bilər ki, bu da onun istehlakını daha az zövqlü edə bilər. Buna görə bir çimdik duz kifayət edəcəkdir. Duzun südlə qarışması üçün südü yumşaq bir şəkildə çalxalamaq sizə ən yaxşı nəticə verəcəkdir.

SÜD NECƏ SAXLANILMALIDIR?

Duz əlavə etdiyiniz südü saxlayarkən bəzi məqamlara diqqət yetirmək vacibdir. Süd mütləq soyuducunun ən soyuq bölməsində saxlanmalıdır. Həmçinin, südün qapının üstündə deyil, soyuducuda saxlanması südün daha uzun müddət təravətli qalmasına kömək edəcək. Soyuducunun qapısında temperaturun dəyişməsi baş verə bilər ki, bu da südün xarab olmasına səbəb ola bilər.

Duz nəinki südün təravətini uzadır, həm də südün dadını bir qədər dəyişir, ona daha zəngin dad verir. Bu, xüsusilə şirin və duzlu dadları sevənlər üçün xoş bir təcrübə ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
31
42
e-saglam.az

10Mənbələr