AZ

Nyu-Yorkda miqrantlara qarşı kütləvi reydlər başlayıb


ABŞ-nin Nyu-York şəhərində federal hakimiyyət orqanları qanunsuz miqrantlara qarşı ilk genişmiqyaslı reydlərə başlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə "The New York Post" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, əməliyyatlar yanvarın 28-ə keçən gecə 200-dən çox insanın saxlanıldığı Kuins və Bruklin rayonlarında başlayıb. Reydlər ABŞ Prezidenti Donald Trampın sərt deportasiya siyasətinin bərpası ilə bağlı seçkiqabağı vədinin bir hissəsidir.

Həbslər zamanı biometrik məlumat bazalarından və sosial şəbəkələrin monitorinqindən istifadə edilir.

"Məqsəd qanunsuz miqrantlarla əlaqədə olan cinayətkar qrupları sıradan çıxarmaqdır", - mənbə bildirib.

Ağ Ev əməliyyatın müvafiq güc strukturları ilə əlaqələndirildiyini təsdiqləyib.

ABŞ Prezidenti Donald Tramp əvvəllər də miqrasiya siyasətinin sərtləşdirilməsi və qanunsuz miqrantların məcburi deportasiyasının lehinə çıxış edib.

Seçilən
5
2
bakupost.az

10Mənbələr