ABŞ federal hakimiyyət orqanları həftədə üç şəhərdə qeyri-qanuni miqrantlara qarşı genişmiqyaslı reydlər keçirməyi planlaşdırır.
Bakıvaxtı.az "NBC News"a istinadən xəbər verir ki, əməliyyatın aparılacağı növbəti şəhər Aurora (Kolorado) olacaq.
Məlumata görə, reydlərə ICE-dən başqa digər agentliklərin agentləri də cəlb oluna bilər.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə immiqrasiya siyasətinin sərtləşdirilməsi və qeyri-qanuni mühacirlərin məcburi deportasiyasının lehinə çıxış edib.
Gülşən Şərif