AZ

Qərbi Azərbaycan Xronikası: Allahverdi, Allahverdibəy, Almalı - Türk tarixinin izi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Azərbaycanlılarla yanaşı, yunanlar və ermənilərin yaşadığı Allahverdi" adlı süjet hazırlanıb.
Bugünkü süjetdə ermənilərin "addəyişmə terroruna" məruz qalan Allahverdi, Allahverdibəy və Almalı toponimi haqqında söz açılıb.
Bildirilib ki, ermənilərin əsrlər, minilliklər boyu Qərbi Azərbaycan ərazisində formalaşmış toponimlər sistemini kökündən dəyişdirməsi türklərin həmin tarixi-coğrafi ərazidəki izlərinin silinməsinə xidmət edir.
Allahverdi - Loru-Pəmbək qəzasında kənd, indiki Ermənistanda inzibati ərazi vahidi - rayon və rayon mərkəzi olub. Burada azərbaycanlılarla yanaşı, yunanlar və ermənilər də yaşayıb. Yunanlar filiz mədənlərində işləmək üçün bura 1790-cı ildə gəliblər. Ermənilər isə 1828-ci ildən sonra köçürülüblər. 1918-cı ildə qovulan azərbaycanlıların bir qismi 1920-ci ildə geri qayıdıb və 1988-ci ilədək yaşayıblar. 1969-cu ildə kəndin adı dəyişdirilib Tumanyan qoyulub.
Allahverdibəy - Göyçə mahalında kənd olub və xarabalığa çevrilib.
Almalı - Dərələyəz mahalının Paşalı, sonralar Əzizbəyov və Vayk adlandırılan rayonda kənd adıdır. Kənddə 1831-ci ildən 1926-cı ilədək azərbaycanlılar yaşayıb. 1946-cı ildə adı dəyişdirilib Xndzorud qoyulub və indi ermənilər yaşayır.
Almalı - Dərələyəz mahalının Keşişkənd, sonralar Yeğeqnadzor adlandırılan rayonda kənd adıdır. Kənddə 1873-cü ildən yaşayan azərbaycanlılar 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq deportasiya olunub. 1920-ci ildə geri qayıdan sakinlər 1938-ci ildə yenidən köçürülüb. 1939-cu ildə kənd ləğv edilib.
Sonda vurğulanır ki, bu toponimlərin hər biri qədim Azərbaycan torpaqlarında, indiki Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların izləridir".
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə:
Seçilən
5
6
oxu.az

10Mənbələr