AZ

“Bu ölkəyə futbol oynamaq üçün getmişdim, lakin indi deyə bilərəm ki...”

“Orada gördüklərimdən, yaşadıqlarımdan, özümə münasibəti gördükdən sonra daha çox oynamağı qərara aldım”.

Bu sözləri Sportinfo.az-a açıqlmasında “Şamaxı”nın yeni transferi Maykl Tulk deyib.

Braziliyalı hücumçu “şirlər”in qış fasiləsində sıraların qatdığı 7 yeni oyunçudan biridir.

Bölgə təmsilçisi “sambaçı” ilə ilyarımlıq (6 ay + 1 il) müqavilə imzalayıb.

31 yaşlı forvardın son klubu Litvada “Hegelmann” olub. Ümumiyyətlə, o, karyerasının az qala yarısını Litva klublarına həsr edib.

Bu sevgi haradandır onda? Cənubi amerikalını dinləyək:

“İllər öncə bu ölkəyə futbol oynamaq üçün getmişdim. Lakin indi deyə bilərəm ki, Litva mənim ikinci vətənimdir..

Ölkə futbolunun səviyyəsi də get-gedə inkişaf etməkdədir. Hava şəraiti tam mən istəyən kimi olmasa da, ölkə və futbol diqqətimi çəkməyi bacardı”.

Seçilən
8
50
sportinfo.az

10Mənbələr