Qanuna görə, bu gün 25 yaşdan yuxarı vətəndaşlar səfərbər olunur. Səfərbərlik gedir və bu yaşda kifayət qədər insan səfərbər edilir. Onların rotasiyaları və ya məzuniyyətləri var. Ancaq təbii ki, bu, kifayət deyil. Biz mütləq bunun keyfiyyəti üzərində işləməliyik.
Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski İtaliya mediasına müsahibəsində deyib.
Prezidentin sözlərinə görə, hərbçilərin evə qayıtması ilə bağlı müraciətlər var, lakin bu, hələlik qanunla nəzərdə tutulmayıb:
"Yəni, hərbi vəziyyət, insanların və ölkədə olan bütün resursların səfərbər edilməsini nəzərdə tutur.
Rusiyanı müharibəni bitirməyə məcbur etmək lazımdır. Bu gün müdafiə olunuruq. Əgər sabah ordunun yarısı evə qayıtsa, o zaman elə ilk gündən təslim olmaq lazım idi. Belə də olardı. Əgər insanların yarısı evə qayıtsaydı, Putin hamımızı öldürərdi”.