AZ

Putin müharibənin bitəcəyini tarixlə bağlı VAXT VERDİ


Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukraynaya Qərb dövlətlərinin verdiyi maliyyə resursları, eləcə də sursat ehtiyatı tükənərsə, Ukraynadakı müharibə bir ay yarım-iki ay ərzində bitə bilər.

Bakupost.az xarici KİV-ə istinadla bildirir ki, Putinin sözlərinə görə, Rusiya Ukrayna ilə danışıqların mümkünlüyünü istisna etmir, lakin hazırkı prezident Vladimir Zelenski, onun fikrincə, səlahiyyət müddəti başa çatdığı üçün legitimliyini itirib.

Putin həmçinin Ukraynanın suverenliyinin son dərəcə aşağı səviyyədə olduğunu vurğulayıb və Qərbi Kiyevi münaqişəni davam etdirməyə inandırmaqda ittiham edib.

Rusiya prezidenti əlavə edib ki, Ukrayna genişmiqyaslı müharibədən qaçmaq üçün 2022-ci il fevralın 24-də əməliyyat başlayandan sonra Donetsk və Luqansk vilayətlərindən çıxmalı idi.

Putin həmçinin qeyd edib ki, danışıqlar yalnız Kiyev Rusiya ilə danışıqları qadağan edən sənədi ləğv etdikdən sonra mümkündür.

Seçilən
6
50
bakupost.az

10Mənbələr