AZ

Alimlər beyin iltihabı ilə xroniki yorğunluq arasında gözlənilməz əlaqə tapdılar


Florida Universiteti və Sent-Luisdəki Vaşinqton Universitetindən olan amerikalı neyrobioloqlar əzələ yorğunluğu ilə neyroiltihab arasında əlaqə aşkar ediblər.

Bakupost.az xəbər verir ki, bu barədə The Conversation portalı məlumat yayıb.

Milçəklər və siçanlar üzərində aparılan bir araşdırma, beyin iltihabının əzələlərin özünə zərər vermədən əzələ dözümlülüyünə birbaşa təsirini müəyyən edib.

Neyroiltihab adətən, uzun sürən Covid, Alzheimer xəstəliyi və travmatik beyin zədələnməsi hallarında baş verir. Testlər göstərib ki, o, beynin immun sistemini aktivləşdirir və bu isə sitokinlərin ifraz olunmasına səbəb olur. Həmin kimyəvi maddələr əzələlərə buraxıldıqda mitoxondrilərin fəaliyyətini pozur, enerji istehsalını azaldır və yorğunluğa səbəb olur.

Mütəxəssislər bu mexanizmin müxtəlif xəstəliklər, o cümlədən infeksiyalar və neyrodegenerativ xəstəliklər üçün universal ola biləcəyini ehtimal edirlər.

Komanda indi əzələ yorğunluğunun müalicəsi üçün sitokinləri bloklayacaq neytrallaşdırıcı antikorları sınaqdan keçirir. Tədqiqat xroniki yorğunluqdan əziyyət çəkən milyonlarla insanın həyat keyfiyyətini yaxşılaşdıra biləcək müalicə üsullarının inkişafı üçün perspektivlər açır.

Zaur, BakuPost

Seçilən
5
2
bakupost.az

10Mənbələr