AZ

Xroniki yorğunluğun səbəbibeyində iltihabola bilər– Alimlər



Alimlər beyin iltihabı ilə xroniki yorğunluq arasında gözlənilməz əlaqə tapıblar.

“Medicina” xəbər verir ki, Florida Universiteti və Vaşinqton Universitetindən olan neyrobioloqlar əzələ yorğunluğu ilə neyroiltihab arasında əlaqə aşkar ediblər.


Milçəklər və siçanlar üzərində aparılan araşdırma, beyin iltihabının əzələlərin özünə zərər vermədən birbaşa əzələ dözümlülüyünə təsir etdiyini müəyyən etdi. Neyroiltihab ümumiyyətlə uzun Covid, Alzheimer xəstəliyi və travmatik beyin zədəsi kimi hallarda baş verir.

Testlər göstərdi ki, o, beynin immun sistemini aktivləşdirir və bu, sitokinlərin ifraz olunmasına səbəb olur. Bu kimyəvi maddələr əzələlərə buraxıldıqda mitoxondrilərin fəaliyyətini pozur, enerji istehsalını azaldır və yorğunluğa səbəb olur.

Mütəxəssislər bu mexanizmin müxtəlif xəstəliklər, o cümlədən infeksiyalar və neyrodegenerativ xəstəliklər üçün təkan olacağını bildirir.


Butədqiqat xroniki yorğunluqdan əziyyət çəkən milyonlarla insanın həyat keyfiyyətini yaxşılaşdıra biləcək müalicə üsullarının inkişafı üçün perspektivlər açır.

Aygün Musayeva


Seçilən
2
7
medicina.az

10Mənbələr