AZ

İtaliyanın Baş naziri barəsində istintaq BAŞLADI - HƏBS EDİLƏ BİLƏR

İtaliyanın Baş naziri Corciya Meloni və Nazirlər Kabinetindəki bir sıra şəxslər barəsində istintaq başlayıb.

Bu barədə xarici media orqanlarına istinadən xəbər verilir.

Yayılan məlumatlara görə, baş nazirlə yanaşı, ölkənin ədliyyə naziri Karlo Nordio, daxili işlər naziri Matteo Pyantedozi, Nazirlər Kabinetinin katibi Alfredo Mantofano barəsində də istintaq hərəkətləri aparılır.

Mənbənin yaydığı məlumatda qeyd edilir ki, buna səbəb Beynəlxalq Cinayət Məhkəməsinin həbsinə order verdiyi liviyalı yüksək rütbəli hərbçi Üsamə Əlməsri Njimin İtaliyada saxlanılması və sonra sərbəst buraxılmasıdır.

Məsələ ilə bağlı Meloni özünün mövqeyini sosial şəbəkə hesabında bildirib.

"Şantaja boyun əyməcəyəm, təhdid edilməyimə imkan verməyəcəyəm. Bəlkə də buna görə İtaliyanın dəyişməsini və yaxşılaşmasını istəməyənlər məni sevmirlər", - deyə baş nazir bildirib.

Mənbə: musavat.com

Seçilən
5
10
musavat.com

10Mənbələr