AZ

İtaliyanın baş naziri istintaq altındadır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İtaliyanın Baş naziri Ciorcia Meloni Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən axtarışda olan Liviya ədliyyə polisinin rəisi general Usama Almasri Ncimanı azadlığa buraxdığı üçün istintaq altındadır.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə siyasətçinin özü məlumat verib.
"Mən Usama Almasri Ncimanın işi ilə bağlı cinayətə və oğurlamaya kömək etməkdə və təşviqdə şübhəli bilinirəm. Mən şantajlara təslim olmayacağam, özümü qorxutmağa icazə verməyəcəyəm, ona görə də, belə deyək, İtaliyanın dəyişməsini və daha yaxşı olmasını istəməyənlər məni sevmirlər", - baş nazir bildirib.
Meloninin sözlərinə görə, artıq ədliyyə naziri Karlo Nordio, daxili işlər naziri Matteo Pyantedozi və kəşfiyyat katibi Alfredo Mantovanoya qarşı istintaq başlayıb.
Seçilən
15
14
oxu.az

10Mənbələr