AZ

Yubilyarın profili: Qüdrət Həsənquliyev-60!

Tarixin sətirləri arasında gizlənən həqiqətləri tapmaq, o gerçəkliklərin yaranmasında və yayılmasında rol oynamış şəxsiyyətlərin profilini çizmək asan olmadığı qədər də maraqlıdır. Bu mənada Azərbaycan tarixində çox böyük rəğbət diuyduğum şəxsiyyətlərdən biri Əlimərdan bəy Topçubaşovdur. Əlimərdan bəyin ömür yoluna, ictimai-siyasi fəaliyyətinə və çağdaş Azərbaycanın ərsəyə gəlməsindəki fədakarlıqlarına geniş nəzər salmaq istəmirəm, amma Topçubaşovun profilini üç cümlə ilə ifadə etməkdən də geri durmayacam.

 

O, Ədalət adamı idi.

O, Hüquq adamı idi.

O, Demokratiya adamı idi.

 

Heç düşünmüsünüzmü, açıq siyasət müstəvisindəki müasirlərimiz arasında bu cür əminliklə Ədalət adamı, Hüquq adamı, Demokratiya adamı deyə biləcəyimiz kim var?

 

Ümumiyyətlə, varmı?

 

Bəli, var!

 

Qüdrət Həsənquliyev- bu gün 60 illiyini qeyd edən və müstəqil Azərbaycanın ictimai-siyasi arenasında ilk növbədə öz ləyaqəti ilə önə çıxan, gəldiyi yubiley yaşının tən yarısına şahid olduğum Ədalət, Hüquq, Demokratiya (ƏHD) partiyasının sədri.

 

Məqsədim keçmiş və müasir dövlət xadimlərimizi, siyasət adamlarımızı tutuşdurmaq, qiyaslamaq deyil, bir orta çağ və Şərq toplumu olmaqdan çıxıb Cənubi Qafqazın ən qüdrətli respublikasına çevrilməyimizlə nəticələn AYDINLIQ YOLUnda hədəflər və xarakterlər uyğunluğunun yaratdığı nümunələr fonunda milli mücadiləmizin səciyyələrinə bir az fərqli pəncərədən baxmaqdır.

 

Azərbaycan ali təhsil müəssisələrinin az qala peşə məktəbi kimi “iş yeri tapmaq üçün diplom” verdiyi bir zamanda Qüdrət Həsənquleyev peşəkar hüquqşünasdır.

 

Siyasətlə məşğul olduğunu zənn edən dar düşüncəli, marginal, burnundan uzağı görə bilməyən yüzlərlə xudpəsəndin ömürləri yediyi Azərbaycanda Qüdrət Həsənquliyev təmkinli, tədbirli, təcrübəli politikaçıdır.

 

İctimai düşüncə müəssisəmizin sıradan çıxarılması, milli zehniyyətimizin zəhərlənməsi, tarixi şüurumuzun manipulyasiya edilməsi üçün “Troya atları”nın şahə qalxdığı bir məmləkətin üfüqünü genişlədən vətənpərvər düşüncə adamıdır Qüdrət Həsənquliyev.

 

Məmləkətimizdə siyasət meydanının genişlənməsinə, insan haqq və hürriyyətlərinin inkişaf modelimizin təməlinə çevrilməsinə çalışan fəal millət vəkilidir.

 

Aqressiv yox, proqressivdir!

 

Macəraçı yox, realistdir!

 

Məntiqli, rasional, sekulyardır.

 

Hər gün qarşımızıa “Yotube” kanallarında çox sayda müzakirələr, debatlar çıxır.

 

Etiraf edək ki, müzakirə və mübahisələrin çoxu cəmiyyətimizdə siyasət adamlarına qarşı ikrah doğurur.

 

Efirdə nəzakətli və kübar insanları görəndə sevinirik.

 

Öz alicənablığı ilə bizi sevindirən adamlardandır.

 

İnsanların uğuruna daxilən sevinən, bunun üçün daxilindən gələn bir səmimiyyətlə bacardığı dəstəyi əsirgəməyən ürək sahibidir.

 

Dürüst, el dilincə, görüb-götürmüş, bir kəlimə ilə desəm, MƏRD QARDAŞdır!

 

60 illik yubileyinizi səmimi qəlbdən təbrik edirəm, Qüdrət bəy!

 

Taleh ŞAHSUVARLI

Seçilən
17
4
sfera.az

10Mənbələr