AZ

Qüdrət Həsənquliyev 60 YAŞINDA

Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyevin doğum günüdür.

Modern.az-ın məlumatına görə, siyasətçi bu gün 60 yaşını qeyd edir.

O, 29 yanvar 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda Əbrəqunus kəndində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universiteti Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Bakı şəhər Nəsimi rayon prokurorluğunda müstəntiq, Azərbaycan Respublikası Dövlət Katibinin köməkçisi, Asiya Universitetinin baş müəllimi vəzifələrində çalışıb.

Qüdrət Həsənquliyev gənc yaşlarından siyasi proseslərin içində olub. O, əvvəllər Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sıralarında olub və Əbülfəz Elçibəyin vəfatı ərəfəsində partiyanın "klassiklər" və "islahatçılar"a parçalanmasının qarşısını almağa cəhd edib.

2000-ci ildən Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü olub. 2003-cü əlavə parlament seçkilərində 69 saylı İsmayıllı seçki dairəsindən deputat seçilib. O, 2004-cü ildə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) qurub və həmin dövrdən partiyanın sədridir. Ötən il keçirilən qurultayda təşkilatın adı dəyişdirilərək Ədalət, Hüquq, Demokratiya Partiyası adlandırılıb.

Qüdrət Həsənquliyev 2003-cü il Azərbaycan Parlamentinə təkrar seçkilərdə 86 saylı İsmayıllı seçki dairəsindən, 2005-ci ildə 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən, 2010-cu il və 2015-ci il seçkilərində 7 saylı Ordubad-Culfa seçki dairəsindən və 2020-ci il və 2024-cü il seçkilərində isə 36 saylı Xətai dördüncü seçki dairəsindən millət vəkili seçilib. O, 2003, 2008, 2013 və 2018-ci illərdə keçirilən Azərbaycan Respublikası Prezident seçkilərində iştirak edib.

Partiya sədri parlamentin ən fəal deputatlarından biri olub, təklifləri, səsləndirdiyi fikirlər hər zaman mətbuatda ən çox müzakirə olunan mövzulardan olub. Parlament Jurnalistləri Birliyi tərəfindən 2004-cü ildə təqdim olunan "İlin Ən fəal millət vəkili" nominasiyası üzrə "Mütərəqqi ideyalar müəllifi" mükafatı ilə təltif olunub. 2005, 2006, 2007, 2008, 2009, 2010,2011,2012,2013,2014,2015,2016,2017-ci illərdə Parlament Jurnalistləri Birliyi tərəfindən müxtəlif mətbuat orqanlarının nümayəndələri arasında keçirilən sorğuda ilin ən fəal beş millət vəkilindən biri seçilib.

Seçilən
4
4
modern.az

10Mənbələr