AZ

Trampın gəlişindən sonra kriptovalyutalarla bağlı nə proqnozlaşdırılır?

Bakı. Trend:

Rəqəmsal valyutaların gələcəyi çağdaş dövrün, demək olarki, əsas mövzularından birinə çevrilib. Artıq bu valyutalar dünyadageniş yayılması ilə yanaşı, hətta bəzi ölkələr tərəfindən onlarahüquqi status da verilib. Bu baxımdan elektron pulların gələcəyiilə bağlı hər bir məlumat nəinki fiziki şəxslərin, həmçinindövlətlərin də marağındadır.

Rəqəmsal dünya üçün əlverişli bir valyuta növü hesabedilən bitkoinin yanvarın 20-si tarixi maksimum qiyməti olan109.588 dollara qədər bahlaşması isə bu valyutaya marağı birə-beşartırdı. Belə bir tarixi maksimumun qeydə alınması sözsüz kigözlənilmədən olmadı. Belə ki, rekord nəticənin baş verdiyi gün həmdə Donald Trampın ABŞ-nin 47-ci prezidenti kimi inaqurasiyamərasiminin keçirildiyi vaxta təsadüf etdi. Elə buna görə dəmütəxəssislər bahalaşmaya əsas səbəb kimi məhz bu amilivurğulayırlar.

Azərbaycanda da kriptovalyutalara, rəqəmsal valyutalaramarağın kifayət qədər yüksək olduğunu nəzərə alaraq onlarıngələcəyi ilə bağlı istənilən amilin ciddi müzakirələrə səbəbolacağı istisna olunmur.

Mövzu ilə bağlı Crypto Consulting MMC-nin direktoru,kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbininmüəllimi Elnur Quliyev Trend-ə açıqlamasında deyib ki, D. Trampıninnaqurasiya zamanı çıxışında kriptovalyutalar haqqında bir sözdeməməsi kriptovalyuta camiyyəsinin gözləntiləriniqarşılamayıb.

O bildirib ki, bundan sonra kriptovalyuta bazarında korreksiyamüşhadə olundu və bu zaman bitkoin 99.777 dollara qədər eniş etdi:“Texniki analizə əsasən bitkoin üçün hazırda əsas dəstək mövqeyi96.500-97.000, dirənc mövqeyi isə 105.800-106.200 dollar təşkiledir. Nəticə etibarı ilə indiki məqamda bütün diqqət ABŞhökümətinin tənzimləmələr ilə bağlı qərarlarına yönəlib və növbətiqiymət dəyişkənliyi əsasən bu fundamental faktordan asılıolacaq.

Məlumat üçün qeyd edim ki, ABŞ hökuməti 21 milyard dollardəyərində müxtəlif kriptovalyutalara sahibdir. Bu portfelə Bitcoin,USDT, USDC və UNI daxildir. Bununla da, ABŞ dünyanın ən böyükkriptovalyuta sahiblərindən biridir. Yanvarın 23-də D.Tramp“Rəqəmsal Maliyyə Texnologiyalarında Amerika LiderliyininGücləndirilməsi” adlı sərəncam imzalayıb. Kriptovalyuta sektorunungünlərlə gərgin gözləntisindən sonra Tramp nəhayət kriptovalyutasiyasətinin formalaşdırılması istiqamətində ilk mühüm addımınıaçıqladı. Sənədə əsasən, Maliyyə naziri, Ticarət naziri, QiymətliKağızlar və Birjalar Komissiyasının (SEC) sədrinin və digər yüksəkvəzifəli şəxslərin daxil olacağı işçi qrupun yaradılması tələbolunur”.

Mütəxəssisin sözlərinə görə,kriptovalyuta bazarında son 1 il ərzində qiymətlərin artması vəxüsusilə ABŞ-də bitkoin tərəfdarı kimi tanınınan Trampın prezidentseçilməsi Azərbaycanda da korporativ şirkətlərin, həvəskarinvestorların və adi vətəndaşların rəqəmsal aktivlərə olanmarağının daha da artması ilə nəticələnib: “Bu faktorlar insanlarıkriptovalyutalara investisiya etməyi motivasiya edib. Çünkikriptovalyutalar riskli aktiv olmasına baxmayaraq, ənənəvi maliyyəalətləri ilə müqayisədə dəfələrlə gəlirli olmağı bacarıb".

“Lakin ölkəmizdə bu, hələ ki, həvəskar investorlarsəviyyəsindədir. Çünki hələ də ölkəmizdə kriptovalyutalarıntənzimlənməsi ilə bağlı konkret tənzimləmə mexanizmləri yoxdur.Ümid edirəm ki, cari ilin sonuna qədər hüquqi statusun verilməsiilə bağlı qərar qəbul ediləcək. Azərbaycanda kriptovalyutalarahüquqi statusun müəyyən edilməsi ölkəmizdə maliyyə savadlılığınınartırılmasına, məşğulluğun təmin edilməsinə, startap ekosisteminininkişafına müsbət təsir edəcək və yeni fəaliyyət istiqamətlərinin –kriptovalyuta mayninqi, kripto-birjalar, yerli mübadiləservislərinin yaradılmasını stimullaşdıracaq”, - deyə E. Quliyevfikrini tamamlayıb.

Qeyd edək ki, tənzimləyici orqan kimi Azərbaycan Mərkəzi Bankı(AMB) tərəfindən CBDC-nin (Mərkəzi Bank Rəqəmsal Valyutası) ölkəiqtisadiyyatına və pul siyasətinə təsiri aspektləri təhlil olunur.Artıq bir neçə ildir ki, AMB CBDC üzrə konseptual yanaşmanınformalaşdırılması və bu istiqamətdə beynəlxalq təcrübəninöyrənilməsi məqsədilə bir sıra mərkəzi banklar, həmçinin beynəlxalqmaliyyə institutları ilə sıx əməkdaşlıq edir. Hətta bir neçə ilbundan öncə CBDC üzrə konseptual yanaşmanın müəyyən edilməsiməqsədilə Azərbaycan Mərkəzi Bankı Beynəlxalq Valyuta Fondundan(BVF) texniki yardım əldə etdiyini açıqlamışdı. Bütün bunlar onudeməyə əsas verir ki, Azərbaycanda rəqəmsal valyutanın tətbiqi iləbağlı rəsmi qurumlar tərəfindən də ciddi təşəbbüslər irəli sürülübvə bu davam etməkdədir.

Ümumilikdə, rəqəmsal valyutaların təkcə maliyyə dünyasına deyil,həm də iqtisadiyyata, sosial quruluşlara və hüquqi sistemlərə təsirgöstərməsi gözlənilir.

Seçilən
6
4
az.trend.az

2Mənbələr