AZ

Məntəqə sədri: On nəfər evdə səsvermə hüququndan istifadə edərək prosesə qatılacaq

Bakı, 29 yanvar, AZƏRTAC

“23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində ümumilikdə 1434 nəfər seçici var”.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında məntəqənin sədri Jalə Zeynalova söyləyib. O bildirib ki, məntəqə 1362 bülleten alıb. “Seçicilərdən on nəfər isə evdə səsvermə hüququndan istifadə edərək prosesə qatılacaq”, - deyə məntəqə sədri əlavə edib.

Dairə üzrə 34 namizədin olduğunu deyən Jalə Zeynalova səhər saatlarından seçici fəallığının olduğunu da diqqətə çatdırıb.

Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçilən
5
8
azertag.az

4Mənbələr