AZ

Putin: Ukraynada danışıqlara həvəs görmürük

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə Rusiya arasında mümkün sülh danışıqları ilə bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, danışıqlar üçün nümayəndə heyəti ayıra biləcəklərini deyən Putin, Ukrayna prezidenti Vladimir Zelenskinin hər hansı müqavilə imzalamaq üçün legitimliyinin olmadığını iddia edib. Zelenskinin daha əvvəl Rusiya ilə danışıqları qadağan edən fərmanı imzaladığını xatırladan Putin, danışıqların hazırda qeyri-qanuni olacağına diqqət çəkib.

Putin həmçinin Ukrayna administrasiyasının danışıqlara hazır olmadığını xatırladıb və Ukraynanın suverenliyinin demək olar ki, sıfıra endiyini bildirib.

Zelenskinin imzasının etibarlı olmayacağını düşünən Putin, Zelenski ilə prosesin sonunda qurulacaq müqaviləni imzalaya bilməyəcəklərini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
13
50
turkustan.az

10Mənbələr