Rusiyanın Ukrayna ilə danışıqlar aparmağa hazır olduğu iddia edilib.
News24.az xəbər verir ki, bu barədə Rusiyanın RİA xəbər agentliyi məlumat yayıb.
Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Zelenski ilə danışıqlar aparmağa hazırdır. Xəbərə görə, Putin Ukrayna prezidenti Zelenskini legitim lider kimi görməsə də, Ukraynanın istəklərinə uyğun olaraq “hər kəslə” danışığa hazır olduğunu bildirib.
Bununla belə, Putin Zelenskini legitim lider kimi görmədiyini və buna görə də Zelenskinin hər hansı müqavilə imzalamaq səlahiyyətinə malik olmadığını bildirib:
“İstənilən şəxslə danışıqlar aparıla bilər, lakin Zelenskinin legitimlik olmadığı üçün heç nəyi imzalamağa haqqı yoxdur.
Putin Rusiya ilə Ukrayna arasında hər hansı bir müqavilənin imzalanmasında heç bir səhv və ya əskikliyə yer olmadığını da vurğulayıb:
"Sənəd imzalanması prosesində heç bir səhv, problem olmamalıdır. Hər şey mükəmməl olmalıdır".
Günel Məlikzadə