AZ

Ağ Ev yeni dövrün qaydalarını elan etdi: Ölkəyə qanunsuz girən cinayətkar sayılacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ağ Evin sözçüsü Karolin Leavitt keçirdiyi ilk mətbuat konfransında ABŞ Prezidenti Donald Trampın immiqrasiya siyasəti ilə bağlı açıqlamalar verib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Leavitt Trampın vəzifəyə başladığı ilk gündə milli fövqəladə vəziyyət elan etdiyini və cənub sərhədində "tut və azad et" praktikasına son qoymaq üçün sərəncam imzaladığını xatırladıb, bu qərarın ABŞ-nin sərhəd təhlükəsizliyini təmin etmək əzmini beynəlxalq səviyyədə açıq şəkildə nümayiş etdirdiyini bildirib.
Ağ Evin sözçüsü qeyri-qanuni immiqrasiya ilə mübarizəyə dair xüsusilə sərt mesajlar verib.
"ABŞ-yə qeyri-qanuni yollarla daxil olan hər kəs cinayətkar sayılacaq", - deyə o qeyd edib.
Karolin Leavitt Tramp administrasiyasının sərhəd təhlükəsizliyini gücləndirmək üçün bütün federal qurumlarla birgə işlədiyini və bu çərçivədə sərhəd divarının tikintisinin tamamlanma prosesinin sürətləndirildiyini vurğulayıb.
O, həmçinin ICE və CBP (gömrük və sərhəd mühafizəsi) qurumlarının keçirdiyi əməliyyatlarla bağlı yenilənmiş məlumatları paylaşıb və son günlərdə qeyri-qanuni immiqrantlar arasında zorakılıq cinayətlərində iştirak edən bir çox insanın həbs edildiyini nəzərə çatdırıb.
Misal olaraq, Nyu-Yorkda terror şübhəlisinin, San-Fransiskoda bir azyaşlıya qarşı cinsi zorakılıq etməkdə təqsirli bilinən bir şəxsin və Bostonda ikinci dərəcəli cinayətə görə məhkum edilmiş bir mühacirin nəzarət altına alındığını bildirib. Həmçinin bu əməliyyatların Tramp administrasiyasının ABŞ vətəndaşlarının təhlükəsizliyini prioritet hesab etdiyinin göstəricisi olduğunu vurğulayıb.
Karolin Leavitt Donald Trampın Kolumbiya ilə apardığı danışıqlar nəticəsində deportasiya edilən mühacirlərin öz ölkələrinə geri qəbulunun sürətləndirildiyini və bu uğurun ABŞ-nin beynəlxalq arenada yenidən hörmət qazanmasının göstəricisi olduğunu deyib.
Seçilən
24
50
oxu.az

10Mənbələr