“Qalatasaray”ın futbolçusu Hakim Ziyeş karyerasını Qətərdə davam etdirəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
31 yaşlı hücumçunun "Qalatasaray"ın baş məşqçisi Okan Burukla münasibətləri yaxşı deyil. Daha əvvəl o, açıqlama verərək "Qalatasaray" və Okan Buruk haqqında mənfi fikirlər səsləndirmiş, İstanbul təmsilçisindən ayrılacağını demişdi.
Ziyeşə Qətərin “Əd-Duhail” klubundan təklif gəlib. Futbolçu bu keçidə məmnuniyyətlə razılaşıb. Hazırda klublar arasında danışıqlar gedir.
Telegram kanalımız