AZ

Bu general qarşı təzyiqlər başladı: Rütbəsi alınacaq?

Pentaqonun yeni rəhbəri Pit Heqset Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş rəhbəri, general Mark Millinin məxfi məlumatlara çıxışını və şəxsi təhlükəsizliyi üçün icazəni ləğv edib.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” Amerika Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Con Ullyotun mesajına istinadən məlumat yayıb.

“Katib, həmçinin Pentaqonun Baş Müfəttişinə general Millinin davranışı ilə bağlı faktlar və şərtlərlə bağlı araşdırma aparmağı tapşırıb ki, onun hərbi rütbəsinə yenidən baxıb-baxmamağı müəyyən edə bilsin", - Pentaqonun sözçüsü bildirib.

2024-cü ilin iyulunda “Politico”, Donald Trampın komandasının ABŞ-dakı prezident seçkilərində qalib gələcəyi təqdirdə general Milli də daxil olmaqla bəzi yüksək rütbəli məmurlara qarşı təhqiqata başlayacağını bildirmişdi.

Seçilən
1
11
publika.az

10Mənbələr