AZ

Bahar Muradova bələdiyyə seçkilərində səs verib

Bahar
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bələdiyyə seçkilərində səs verib. 1news.az "Report"a istinadən xəbər verir ki, Komitə sədri 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 3 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.
Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək. Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Seçilən
16
30
1news.az

10Mənbələr