AZ

Anti-Azərbaycan mövqelilərdən daha biri...

Donald Trampın Milli Kəşfiyyat direktoru (DNI) vəzifəsinə namizədliyini irəli sürdüyü Tulsi Qabbard ABŞ-dakı erməni lobbisi ilə sıx əlaqələrə malikdir.

Keçmiş jurnalist və keçmiş hərbçi olan bu siyasətçi xanım ABŞ-ın əvvəlki hökumətlərini İraq, Suriya, Liviya kimi ölkələrin daxili işlərinə qarışmaqda qınasa da və terrorizmin qatı əleyhdarı kimi çıxış etsə də, lakin erməni lobbisinin təsiri nəticəsində 2017-ci ildə Qarabağa qeyri-qanuni səfər etmiş, oradakı erməni separatçılarına, terrorçularına açıq dəstək nümayiş etdirmişdi.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) isə bu əməlinə görə onu "arzuolunmaz şəxs"lər siyahısına salmışdı.

Ermənilər bu qadının ABŞ-ın Milli Kəşfiyyat direktoru postuna gətiriləcəyinə sevinirlər.

Lakin ABŞ Senatının yanvarın 30-da T.Qabbardın namizədliyini təsdiqləyəcəyi isə hələ dəqiq bilinmir. Çünki bəzi senatorlar onun xarici siyasətlə bağlı fikirlərini ziddiyətli hesab edirlər.

Bir məqamı da qeyd edim ki, bu qadın dəyişkən xarakterə sahibdir. 2022-ci ilə qədər Co Baydeni qızğın surətdə dəstəkləyən Tulsi Qabbard sonradan dönüb Trampın ehtiraslı dəstəkçisinə çevrildi.

Qeyd: Milli Kəşfiyyat Direktorluğu (DNI) Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) deyil.

Bəybala Mirzəyev

visiontv.az



Seçilən
15
37
visiontv.az

10Mənbələr