AZ

Bu sata olan seçici fəallığı açıqlandı

Aərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 12:00-dək olan seçici fəallığı açıqlanıb.

Teleqraf.com-un məlumatına görə, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, seçici fəallığı bu saata qədər 17.11faiz olub.

O bildirib ki, seçici siyahısında olan 5 milyon 961 min 987nəfərdən bu ana qədər 1020231 nəfəri səs verib.

Qeyd edək ki, bələdiyyə seçkilərinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq.

Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 15.00, 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək.

Xatırladaq ki, saat 10:00-dək olan məlumata əsasən, seçici fəallığı 8.38 % (499575 nəfər) olub.


Müəllif: Teleqraf.com
Seçilən
25
9
teleqraf.com

10Mənbələr