“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo UEFA tərəfindən cəzalandırılıb.
“Qafqazinfo” xəbər verir ki, portuqaliyalı mütəxəssisin cəzalanmasına səbəb komandasının Avropa Liqasının “Fənərbaxça” - “Lion” qarşılaşmasına gec çıxmasına görədir.
Mourinyoya ən azı 1 oyunluq cəza verilib.
Bu qərarla məşhur məşqçi “Mityülland” - “Fənərbaxça” qarşılaşmasında texniki zonadan kənarda qalacaq.