AZ

Məsələlərin kökündə dəcəl bala dayanır

“Səfir Arif Məmmədovla aramızda ən kiçik mübahisə belə olmayıb! Daim qarşılıqlı hörmət və işgüzar münasibət içində dövlətimiz üçün birgə çalışmışıq. Yerdə qalanlar isə artıq xırda, mənasız detallardır. Bilənlər bilir, bilməyənlər üçün qeyd edim ki, bütün məsələlərin kökündə sizə təqdim etdiyim fotodakı bu balaca, dəcəl bala dayanır. Necə deyərlər, “dava, yorğan davasıdır”.

Viral.az xəbər verir ki, bu barədə medianews.az-a açıqlamasında Azərbaycanın Yunanıstandakı səfirliyinin sabiq birinci katibi Rəhman Şahhüseynli bildirib.

O qeyd edib ki, həyat yoldaşı ilə rəsmi ayrıldıqdan sonra, balaca oğlu “atamla yaşamaq istəyirəm” deyə, onun yanına gəlib və geriyə qayıtmaq istəməyib.

Son Yazılar:

R.Şahhüseynlinin sözlərinə görə, hər dəfə kiçik oğlunu bir təhər yola gətirib və müəyyən müddətdən sonra anasının yanına geri göndərib: “Sonuncu dəfə 2021-ci ildə gəldi ki, “mən heç vaxt qayıtmayacağam”. Gəlişinin bədəlini ata ödəməlı oldu. Oğulun dirəşib qayıtmaması ataya “inzibati xəta” hesab olundu. Buna görə işdən tənbeh aldım. Bu, iş həyatım boyu aldığım yeganə və ən şərəfli “töhmət” oldu. O vaxtdan bəri illərdir ki, keçmiş qohumlar Azərbaycanın Xarici İşlər Nazirliyinə və digər qurumlara dayanmadan yazır, işimi hədəf alırdılar. Uşaqla bağlı məsələlərdən məsul olan bəzi şər qüvvələr və işdəki qısqanclar da keçmiş qohumlara qoşulub şər-böhtan və “danos yarışına” girincə, Xarici İşlər Nazirliyinə çağırıldım,  izahatımı yazdım və rəhbərliyin istənilən qərarına hörmətlə yanaşacağımı bildirdim. Rəhbərlik də öz növbəsində, dövlət qurumunun nüfuzuna yersiz xələl gəlməməsi üçün müvafiq qərarını verdi. Hörmətlə yanaşmaq lazımdır”.

Döyüldüyü iddia olunan diplomatdan AÇIQLAMA: <span style=color:red>“Bəzi şər qüvvələr və işdəki qısqanclar...” - FOTO

R.Şahhüseyni vurğulayıb ki, tam həmin ərəfədə məhkəmə qətnaməsi ilə uşaq onun himayəsinə verilib: “Tam o ərəfədə, 2024-cü ilin sentyabrında məhkəmə qətnaməsi ilə uşaq mənim himayəmə verildi. Allah bütün balaları qorusun!”

Xatırladaq ki, 28 yanvar 2025-ci il tarixdə Azərbaycan XİN açıqlama yayaraq ölkəmizin Yunanıstandakı Səfirliyinin birinci katibinin diplomatik fəaliyyətinə xitam verildiyini bəyan edib. Bildirilib ki, Rəhman Şahhüseynli adlı əməkdaş həqiqətən də, Azərbaycan Respublikasının Yunanıstandakı Səfirliyində birinci katib vəzifəsində çalışıb. Onun bu vəzifədə çalışdığı müddətdə diplomatik xidmətə zidd olan bir sıra əməlləri ilə bağlı Xarici İşlər Nazirliyinə məlumat əsasında XİN tərəfindən müvafiq xidməti araşdırma aparılıb.

Döyüldüyü iddia olunan diplomatdan AÇIQLAMA: <span style=color:red>“Bəzi şər qüvvələr və işdəki qısqanclar...” - FOTO

Bir neçə ay ərzində, Rəhman Şahhüseynlidən və digər şəxslərdən izahat alınmaqla aparılmış araşdırma zamanı məlum olub ki, R.Şahhüseynli diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törədib. Bununla yanaşı, R.Şahhüseynlinin şikayətində qeyd etdiyi kimi, onun səfir və digər bir əməkdaş tərəfindən fiziki təzyiqə məruz qaldığı barədə iddialar həqiqəti əks etdirmir.

XİN-in açıqlamasında qeyd olunub ki, aparılmış araşdırma və sübut edilmiş faktlar əsasında sözügedən əməkdaş 2024-cü ilin sentyabr ayında səfirlikdən geri çağırılıb və diplomatik xidmətdə fəaliyyətinə xitam verilib. Ümumilikdə, qeyd edilən keçmiş əməkdaşın XİN-də mərkəzi aparatında da çalışdığı müddətdə bəzi xətalara yol verdiyi, bunun nəticəsində ona 2021-ci ilin noyabr ayında töhmət verildiyi məlumdur.

Döyüldüyü iddia olunan diplomatdan AÇIQLAMA: <span style=color:red>“Bəzi şər qüvvələr və işdəki qısqanclar...” - FOTO

Onu da əlavə edək ki, 1976-cı ildə Qərbi Azərbaycanın Zəngəzur mahalında doğulmuş və 11 yaşına qədər orada yaşamış R.Şahhüseynli ali təhsilini Dövlət İdarəçilik Akademiyasında tamamlayıb. O, dünyaca nüfuzlu Türkiyə (ODTÜ) və Yaponiya (Nagoya və Osaka) universitetlərində magistr, fəlsəfə doktoru elmi dərəcələri alıb. Yaponiyada bələdiyyə sistemində supervayzer, Doshisha Universitetində müəllim olmaqla, ümumilikdə 12 ilə yaxın Gündoğar ölkədə yaşayıb. R.Şahhüseynli Azərbaycanın Yaponiyada ilk diaspor təşkilatının – Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin təsisçisi və sədri olub. 2013-cü ildən başlayaraq 6 il ADA Universitetində Beynəlxalq əlaqələr departamentinin direktoru vəzifəsində çalışıb. 2019-cu ildə 1-ci katib vəzifəsi ilə XİN-də diplomatik xidmətə başlayıb. 2023-cü ildə Azərbaycan Respublikasının Yunanıstandakı Səfirliyində 1-ci katib vəzifəsinə təyin olunub. Hazırda elmi-pedaqoji fəaliyyətlə məşğuldur.

Seçilən
1
3
viral.az

10Mənbələr