“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı araşdırmanın nəticələrinə dair məlumat yaxın zamanlarda ictimaiyyətə açıqlanacaq”.
News24.az xəbər verir ki, bunu TASS-a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın müvafiq qurumları AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərini araşdırmağa davam edir: “Hesab edirik ki, yaxın zamanlarda tərəfdaş dövlətlərlə birgə bu məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat təqdim edəcəyik”./Qafqazinfo