AZ

“Tezliklə qəzanın araşdırılmasının nəticələri açıqlanacaq”

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı araşdırmanın nəticələrinə dair məlumat yaxın zamanlarda ictimaiyyətə açıqlanacaq”.

Söz.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu TASS-a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. 

Onun sözlərinə görə, Azərbaycanın müvafiq qurumları AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərini araşdırmağa davam edir: “Hesab edirik ki, yaxın zamanlarda tərəfdaş dövlətlərlə birgə bu məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat təqdim edəcəyik”.


Seçilən
1
9
soz.az

10Mənbələr