AZ

Səudiyyə Ərəbistanı və OPEC+ neft qiymətlərini aşağı salmır

Səudiyyə Ərəbistanı və OPEC+ Trampın Ukraynadakı müharibəni dayandırmaq üçün neft qiymətlərini aşağı salmaq çağırışını rədd edib.

Reuters agentliyi xəbər verir.

Səudiyyə Ərəbistanı (KSA) və OPEC+ ölkələri çətin ki, 2025-ci ilin aprelindən neft hasilatını artırsınlar və bununla da Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün neft qiymətlərini aşağı salmaq çağırışını rədd etsinlər.

Qeyd olunur ki, Səudiyyə Ərəbistanının energetika naziri və onun bir sıra OPEC+ həmkarları OPEC+ üzvü olan ölkələrin fevralın 3-də keçiriləcək iclası ərəfəsində danışıqlar aparıblar.

Bundan əvvəl Səudiyyə Ərəbistanının İqtisadiyyat naziri əl-İbrahim bildirib ki, KSA və OPEC+ neft bazarında uzunmüddətli sabitliyə can atırlar, Trampın Ukraynadakı müharibəni mümkün qədər tez bitirmək üçün neft qiymətlərinin aşağı salınması tələbinə cavab verirlər.

Seçilən
8
45
veteninfo.az

10Mənbələr