Bəs Trampın neft siyasəti "qara qızıl"ın qiymətinə necə təsir edir?
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında deyib ki, bu bəyanatların neftin qiymətinə müxtəlif təsirləri var:
“Trampın müəyyən planları var. Birincisi, Səudiyyə Ərəbistanına və OPEC-ə təsir edib hasilatı artırmaq istəyir. Hasilat artsa neft qiyməti düşəcək.
İkincisi, öz ölkəsinin neft hasilatını artırmaq istəyir. Hazırda ABŞ dünyada ən çox neft hasil edən ölkədir. Amerika Azərbaycandan 20-25 dəfə daha çox neft hasil edir. Gündəlik 12-13 milyon barel istehsal edən ABŞ bunu 15-16 milyon barelə qaldırmaq niyyətindədir. Bunu qaldırmaq üçün də şirkətlərə icazə verir ki, yeni neft yerləri, mənbələri axtarsınlar.
Üçüncü məsələ də müharibələrin sakitləşdirilməsidir. Tramp hesab edir ki, müharibələri saxlaya biləcək və bunun özü də qiymətləri düşürəcək. Bütün bunlara görə də neftin qiyməti aşağı düşür. Tramp bu il ərzində neftlə bağlı qarşsına qoyduğu məqsədlərə nail ola bilməyəcək”.
Leyla Turan
Demokrat.az
10Mənbələr
-
poliqon.infoTrampın Kanada və Meksikaya tarif təhdidləri neftin qiymətinə necə təsir edir? ( 15135233)
-
azvision.azBloomberg: “OPEC+ Trampın təzyiqinə tab gətirməyəcək” ( 15134083)
-
demokrat.azTrampın siyasəti neftin qiymətinə necə təsir edəcək? — AÇIQLAMA ( 15121511)
-
sitat.infoTramp neftin ucuzlaşmasını buna görə istəyir: Azərbaycana təsirləri necə olacaq? ( 15116873)
-
veteninfo.azSəudiyyə Ərəbistanı və OPEC+ neft qiymətlərini aşağı salmır ( 15116341)
-
paralel.azRusiyanın Çin və Hindistanla neft ticarəti bu səbəbdən DAYANIB ( 15106173)
-
day.azGeniş müzakirələr yaradan Trampın bəyanatları: Dolların dəyər qazanması manatın məzənnəsinə təsir göstərə bilərmi? ( 15105623)
-
az.trend.azGeniş müzakirələrə çevrilən Trampın bəyanatları: Dolların dəyər qazanması manatın məzənnəsinə təsir göstərə bilərmi? ( 15102523)
-
azpolitika.infoÇin və Hindistan Rusiya neftinə alternativ axtarır – Sanksiyalar tanker daşımalarını kəskin bahalaşdırıb ( 15097117)
-
valyuta.azTrampın neft siyasəti:"Qara qızıl"ın qiymətini necə düşürür? ( 15089385)