EN

Trampın siyasəti neftin qiymətinə necə təsir edəcək? — AÇIQLAMA

ABŞ prezidenti Donald Trampın neftin ucuzlaşdırılması ilə bağlı verdiyi açıqlamalar “qara qızıl”ın dəyərinin tədricən enməsinə səbəb olur.  

Bəs Trampın neft siyasəti "qara qızıl"ın qiymətinə necə təsir edir? 


Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında deyib ki, bu bəyanatların neftin qiymətinə müxtəlif təsirləri var:

“Trampın müəyyən planları var. Birincisi, Səudiyyə Ərəbistanına və OPEC-ə təsir edib hasilatı artırmaq istəyir. Hasilat artsa neft qiyməti düşəcək. 

İkincisi, öz ölkəsinin neft hasilatını artırmaq istəyir. Hazırda ABŞ dünyada ən çox neft hasil edən ölkədir. Amerika Azərbaycandan 20-25 dəfə daha çox neft hasil edir. Gündəlik 12-13 milyon barel istehsal edən ABŞ bunu 15-16 milyon barelə qaldırmaq niyyətindədir. Bunu qaldırmaq üçün də şirkətlərə icazə verir ki, yeni neft yerləri, mənbələri axtarsınlar. 

Üçüncü məsələ də müharibələrin sakitləşdirilməsidir. Tramp hesab edir ki, müharibələri saxlaya biləcək və bunun özü də qiymətləri düşürəcək. Bütün bunlara görə də neftin qiyməti aşağı düşür. Tramp bu il ərzində neftlə bağlı qarşsına qoyduğu məqsədlərə nail ola bilməyəcək”.


Leyla Turan
Demokrat.az
Chosen
8
32
demokrat.az

10Sources