AZ

Arno ən zənginlər siyahısında 5-ci pilləyə düşdü

Bernar Arno "LVMH Moet Hennessy" şirkəti zəif maliyyə hesabatını dərc etdikdən sonra dünyanın ən varlı adamları siyahısında bir pillə geriləyib.

Yenisabah.az "Forbes"a istinadla xəbər verir ki, Arnonun sərvəti bir gündə 11 milyard dollar azalıb, "Oracle" korporasiyasının baş direktoru Larri Ellison isə 6 milyard dollar qazanaraq milyarderlər siyahısında dördüncü yerə yüksəlib və Arno beşinci yerə enib.

Dünyanın ən böyük lüks mal istehsalçısı olan LVMH 2024-cü ildə xalis mənfəətini 17%, gəlirini isə 2% azaldıb. Eyni zamanda, çətin iqtisadi və geosiyasi vəziyyətə baxmayaraq, üzvi gəlir artımı (valyuta məzənnələrindəki dəyişikliklər və bizneslərin alış/satışı nəzərə alınmadan) ötən il 1% təşkil edib.

LVMH səhmləri Parisdə 5,3% ucuzlaşıb. Son 12 ayda şirkətin kapitallaşması 4% azalaraq 375 milyard avroya düşüb.


Telegram kanalımız
Seçilən
10
34
yenisabah.az

10Mənbələr