“LVMH Moet Hennessy” şirkətinin sahibi Bernar Arno ona məxsus səhmlərinin ucuzlaşması ilə bir gündə 11 milyard ABŞ dolları itirib.
“İki sahil” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Məlumata görə, bu, şirkətin maliyyə hesabatlarının dərc edilməsindən sonra olub. Belə ki, maliyyə göstəricilərinin yaxşı olmaması B.Arnonu “Forbes”in dünyadakı ən zəngin insanların siyahısında bir pillə aşağı salıb.
Əvəzində “Oracle Corp.”un rəhbəri Larri Ellison 6 milyard ABŞ dolları varlanaraq milyarderlər reytinqində dördüncü yerə yüksəlib və Arnonu beşinci yerə sıxışdırıb.
2024-cü ildə dünyanın ən böyük lüks mallar istehsalçısı LVMH-nin gəlirləri 2023-cü illə müqayisədə 2 %, xalis mənfəəti isə 17 % azalıb.
Şirkətin səhmləri 5,3 % ucuzlaşıb. Son 1 ildə onun kapitallaşması isə 4 % azalaraq 375 milyard avroya düşüb.