Azərbaycan BMT TŞ-nın müvafiq qətnamələrinə əsasən İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.
Viral.az xəbər verir ki, bu barədə bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçirilən Türkiyə, Azərbaycan və Özbəkistan arasında keçirilən üçtərəfli görüşün nəticələrinə dair keçirilən brifinqdə çıxışı zamanı deyib.
Nazir, bu istiqamətdə diplomatik səylərin davam etməsini xüsusi olaraq vurğuladı.
Son Yazılar:
- Azərbaycan İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir
- TDT-nin 12-ci rəsmi Zirvə görüşü Azərbaycanda baş TUTACAQ
- Gürcüstan XİN başçısı Ermənistana səfər EDƏCƏK
Suriya mövzusuna toxunan XİN rəhbəri qeyd edib ki, Suriyada son inkişaflar kontekstində Türkiyənin xüsusi rolu var.
“Orada əmin-amanlığın bərpa edilməsi, ölkənin yenidən qurulması önəmlidir. Yaxın gələcəkdə Suriyada müsbət gedən proseslər Azərbaycan, Türkiyə və Özbəkistanın da fəal iştirakı ilə bizim yeni əməkdaşlıq plaftformamızdan biri olmasına səbəb olacaq”, – deyə C.Bayramov bildirib.