Bu barədə bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçirilən Türkiyə, Azərbaycan və Özbəkistan arasında keçirilən üçtərəfli görüşün nəticələrinə dair keçirilən brifinqdə çıxışı zamanı deyib.
Nazir, bu istiqamətdə diplomatik səylərin davam etməsini xüsusi olaraq vurğuladı.
Suriya mövzusuna toxunan XİN rəhbəri qeyd edib ki, Suriyada son inkişaflar kontekstində Türkiyənin xüsusi rolu var.
"Orada əmin-amanlığın bərpa edilməsi, ölkənin yenidən qurulması önəmlidir. Yaxın gələcəkdə Suriyada müsbət gedən proseslər Azərbaycan, Türkiyə və Özbəkistanın da fəal iştirakı ilə bizim yeni əməkdaşlıq plaftformamızdan biri olmasına səbəb olacaq", - deyə C.Bayramov bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31