Azərbaycanın yeniyetmələrdən ibarət basketbol millilərinin Avropa çempionatının qrup mərhələsindəki rəqibləri bəlli olub.
Oxu24.com xəbər verir ki, oğlanlardan ibarət U-18 yığması B Divizionunun B qrupunda Rumıniya, Gürcüstan, Danimarka, Ukrayna və Portuqaliya ilə üz-üzə gələcək.
Qarşılaşmlar 25 iyul – 3 avqust aralığında Rumıniyanın Piteşti şəhərində təşkil olunacaq.
Qızlardan ibarət U-18 B Divizionunun B qrupunda Bosniya və Herseqovina, Litva, Kosovo, Ukrayna və İslandiya yığmaları ilə qarşılaşacaq. Matçlar iyulun 4-13-ü aralığında Litvanın Alitus və Vilnüs şəhərlərində gerçəkləşəcək.
Oğlanlardan ibarət U-16 C Divizionunun B qrupunda Lüksemburq, Andorra, San Marino və Cəbəllütariq komandaları ilə, eyni yaş qrupunda qızlar B Divizionunun B qrupunda Slovakiya, İsveç, Niderland və Lüksemburq yığmaları ilə münasibətlərə aydınlıq gətirəcək.