Yaxın vaxtlarda ABŞ-ın neft hasilatını artırmaq planlarını müzakirə etmək üçün OPEC+ nümayəndələrinin görüşü planlaşdırılır. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev bildirib."Yaxın vaxtlarda OPEC+ nümayəndələri səviyyəsində görüş planlaşdırılır. Görüşdə təşkilatın mövcud vəziyyətlə bağlı siyasəti, o cümlədən ABŞ-ın hasilat həcmini artırmaq planları müzakirə olunacaq və razılaşdırılmış mövqe qəbul ediləcək", - deyə Satkaliyev qeyd edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta