Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun bütün oyunlarında Tofiq Bəhramovun 100 illik yubileyi ilə əlaqədar klublara təqdim olunacaq mətn stadionlarda səsləndiriləcək.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov deyib.
PFL rəsmisi 31 yanvar- 2 fevralda keçiriləcək bütün çempionat oyunlarında T. Bəhramovun yubileyinin qeyd olunacağını açıqlayıb: “Eyni zamanda, xüsusi hazırlanmış poster stadionların tablolarında nümayiş olunacaq. Klublara məlumat verəcəyik ki, özlərinin əlavə tədbirləri olarsa, bizə müraciət edə bilərlər”.
Qeyd edək ki, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Haciyev Tofiq Bəhramovun xatirəsinin çempionat oyunlarında yad olunacağını bu gün açıqlayıb.