AZ

Rusiyada Markaryana qarşı cinayət işi açıldı

Moskva Prokurorluğu erməni əsilli bloger Arsen Markaryan barəsində "terrorizmə açıq çağırışlar" ittihamı ilə cinayət işi açılmasını tələb edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Məlumata görə, səbəb onun yayımlarından biri olub. Həmin yayımda o, "Rusiya Federasiyası vətəndaşlarına qarşı dronlardan istifadə etməklə terror fəaliyyətinə çağırış" edib.

Xatırladaq ki, onun bir müddət əvvəl "Ermənistan Azərbaycanın tərkibində olacaq" açıqlaması İrəvanda etirazlara səbəb olmuşdu.

Seçilən
6
1
axar.az

6Mənbələr