AZ

Ruslara qarşı terrora çağırış edən erməni bloqer HƏBS OLUNACAQ

Ruslara qarşı terrora çağırış edən erməni bloqerə cinayət işinin açılması tələb olunub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, Moskva prokurorluğu bloqer Arsen Markaryana qarşı terrora açıq çağırışlara görə cinayət işinin açılmasını tələb edir.

Departamentin bildirdiyinə görə, buna səbəb blogerin “dronlardan istifadə edərək Rusiya vətəndaşlarına qarşı terror fəaliyyətinə” çağırışlarından biri olub.

“Prokurorluq istintaqının materialları A.Markaryanın Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi (terrorçuluq fəaliyyətinə açıq çağırışlar) ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul etmək üçün istintaq orqanına göndərilib”, – idarədən bildirilib.

Bloqer Markaryanın Telegram kanalında 173 mindən çox abunəçisi var, kanal 2022-ci ildə yaradılıb, YouTube-da isə 204 min abunəçi var.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
16
4
interpress.az

6Mənbələr