AZ

Avtomobillərin utilizasiyası prosesi sürətləndiriləcək VİDEO

İstismar müddəti başa çatmış avtomobillərin utilizasiyası prosesi daha da sürətləndiriləcək. Bu işlərin həyata keçirilməsi üçün bu il büdcədən 50 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.

Xezerxeber.az-ın məlumatına görə, nəqliyyat sektoru üzrə ekspert Eldəniz Cəfərov deyir ki, bu məbləği utilzasiya fonduna əlavə dövlət dəstəyi kimi qiymətləndirmək olar. Onun sözlərinə görə, fonda dövlət büdcəsindən əlavə ölkəyə idxal edilən köhnə avtomobillərdən tutulan utilizasiya haqları da daxil edilir.

Maraqlısı odur ki, hazırda Azərbaycanda avtomobillərin utilizasiyasını həyata keçirmək üçün qeydiyyata alınan sadəcə bir utilizator var. O da paytaxt Bakıda yerləşir.

Ekspert hesab edir ki, utilizasiyaya verilən avtomobillər yararsız olur. Onların yük avtomobilləri ilə Bakıya gətirilməsi vətəndaşlar  üçün əlavə maliyə itkisidir. Eldəniz Cəfərov təklif edir ki, fonda toplanan vəsait hesabına bölgələrdə də utilzasiya məntəqələri və avtoparklar yaradılsın.

Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllüdür. Utilizasiyaya verilməmişdən əvvəl nəqliyyat vasitələri dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
6
1
xezerxeber.az

10Mənbələr