İstismar müddəti başa çatmış avtomobillərin utilizasiya prosesi daha da sürətləndiriləcək.
Referans.az xəbər verir ki, bu işlərin həyata keçirilməsi üçün bu il büdcədən 50 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, bu məbləği Utilizasiya Fonduna əlavə dövlət dəstəyi kimi qiymətləndirmək olar. Onun sözlərinə görə, fonda dövlət büdcəsindən əlavə ölkəyə idxal edilən köhnə avtomobillərdən tutulan utilizasiya haqları da daxil edilir.
Maraqlısı odur ki, hazırda Azərbaycanda avtomobillərin utilizasiyasını həyata keçirə bilmək üçün qeydiyyata alınan sadəcə bir utilizator var. Bu da paytaxt Bakıda yerləşir.
Daha ətraflı süjetdə: