AZ

Fransanın Kinşasadakı səfirliyinin divarı yandırılıb

Etirazçılar tərəfindən səfirliklər qarət edilib.

Konqo Demokratik Respublikasının (DRC) paytaxtı Kinşasada bir neçə yüz etirazçı küçələrə çıxaraq Fransa səfirliyinin hasarının bir hissəsini, Belçika səfirliyinin girişini yandırıb, Uqanda səfirliyini isə qarət edib.

Operativ Media xəbər verir ki, Fransa səfirliyinin divarı giriş hissədə qismən yandırılıb. Rəsmi Parisin bu hadisəyə reaksiyası gecikməyib.

 “Bu hücumlar qəbuledilməzdir. Əməkdaşlarımızın və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlər görülür”, - deyə Fransanın xarici işlər naziri Jan-Noel Baro X hesabında bildirib.

Konqonun paytaxtının əsas prospekti olan “30 iyun” boyunca hərəkət edən etirazçılar Belçikanın diplomatik nümayəndəliyinin önündə - yandırdıqları giriş qapısının qarşısında dayandırılıb. Digər etirazçılar talan edilmiş və mebelləri boşaldılmış Uqanda səfirliyinə tərəf yönəliblər. Şəhərin mərkəzində Ruanda səfirliyinin yerləşdiyi binanın bir hissəsi dağıdılıb, avtomobillər yandırılıb və əmlak qarət olunub.

Konqo Baş nazirinin müavini Jakmin Şabani yerli radio vasitəsilə səfirliklərə yaxın şəxsləri də hədəf alan iğtişaşlar və talan halları qarşısında sakit və təmkinli olmağa çağırıb.

Etirazçılar Konqonun Ruanda tərəfindən M23 üsyançı qrupu (23 Mart Hərəkatı) vasitəsilə gördüyü aqressiya qarşısında bu dövlətlərin susqunluğunu pisləyiblər.

Seçilən
4
4
operativmedia.az

10Mənbələr