AZ

Fransanın bu ölkədəki səfirliyinin divarı yandırıldı

Konqonun paytaxtı Kinşasada bir neçə yüz etirazçı küçələrə çıxaraq Fransa səfirliyinin hasarının bir hissəsini, Belçika səfirliyinin girişini yandırıb, Uqanda səfirliyini isə qarət edib.

Yenicag.az xəbər verir ki, bu barədə X hesabında paylaşım edən Fransa xarici işlər naziri Jan-Noel Barro təhlükəsizliyi təmin etmək üçün bütün tədbirlərin görüldüyünü bildirib.

Hadisə ilə bağlı Konqo Baş nazirinin müavini Jakmin Şabani yerli radio vasitəsilə səfirliklərə yaxın şəxsləri də hədəf alan iğtişaşlar və talan halları qarşısında sakit və təmkinli olmağa çağırıb. Etirazçılar Konqonun Ruanda tərəfindən M23 üsyançı qrupu (23 Mart Hərəkatı) vasitəsilə gördüyü aqressiya qarşısında bu dövlətlərin susqunluğunu pisləyiblər.

Seçilən
4
5
yenicag.az

10Mənbələr