AZ

Görəndə üzümüzü çeviririk, amma şəfa mənbəyidir: Yedikcə bədəni qüvvətləndirir

Görəndə üzümüzü çeviririk, amma şəfa mənbəyidir:

Yer alması sağlamlıq üçün çox faydalı olan yeraltı kök tərəvəzlərdən biridir. Tərkibində yüksək lif və vitaminlər olduğu üçün həzm sistemini tənzimləyir və bağırsaq sağlamlığını yaxşılaşdırır. Xüsusilə qəbizlik və şişkinlik problemlərini aradan qaldırmağa kömək edir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, qan şəkərini tarazlayaraq, diabet xəstələri üçün faydalı bir qida hesab olunur. Aşağı glisemik indeksə malik olduğu üçün insulin müqavimətini yaxşılaşdırır. Tərkibindəki B vitaminləri sinir sisteminin sağlamlığını dəstəkləyir və beyin funksiyalarını gücləndirir.

Daimi istehlak yaddaşı və zehni aydınlığı artırır. Kalium və antioksidantlarla zəngin olması onu ürək-damar sağlamlığı üçün əhəmiyyətli edir. Qan təzyiqini tənzimləyərək ürək xəstəliklərinin riskini azalda bilər.

Yer alması C vitamini ilə zəngindir və immunitet sistemini gücləndirir. Hüceyrələri qoruyaraq bədəni xəstəliklərə qarşı daha dayanıqlı edir. Dərinin sağlam qalmasına kömək edərək qocalma əlamətlərini azaldır.

Dərini daha parlaq və canlı göstərən təbii antioksidant mənbəyidir. Həmçinin bağırsaq florasını tənzimləyərək həzmi asanlaşdırır. İçərisindəki inulin adlı lif maddəsi bağırsaqlarda faydalı bakteriyaların artmasına kömək edir.

Yer alması mədə turşusunu balanslaşdıraraq həzm problemlərini azalda bilər. Tərkibindəki minerallar bədənə enerji verir və fiziki performansı artırır. Xolesterolu tənzimləyərək ürək sağlamlığına müsbət təsir göstərir.

Salat və yeməklərə əlavə edilərək rahatlıqla istehlak edilə bilər. Limon, zeytun yağı və bal ilə hazırlanan yer alması salatı həm dadlı, həm də faydalıdır. Bu tərəvəzi pəhrizə daxil etmək ümumi sağlamlıq üçün əhəmiyyətlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
5
3
e-saglam.az

10Mənbələr