Bu gün kişi voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 8-ci tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib. Çempionatın autsayderləri sensasiya arzusu ilə meydana çıxıblar. Amma onların xal qazanmaq arzusu reallaşmayıb. “Gənclər” çempionatın lideri “Murov”a, MOİK isə “Neftçi”yə 0:3 hesab ilə uduzub.
Qeyd edək ki, tura sabah keçiriləcək “Azərreyl” – “Xilasedici” oyunu ilə yekun vurulacaq. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq matça saat 16:00-da start veriləcək.
Yüksək Liqa
8-ci tur
29 yanvar
MOİK – “Neftçi” 0:3 (14:25, 13:25, 14:25)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.
“Murov” – “Gənclər” 3:0 (25:16, 25:15, 25:17)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.
Xallar: Murov – 24. Xilasedici – 18. Azərreyl – 13. Neftçi – 11. MOİK – 2. Gənclər – 1.