AZ

Bakıda yaşayış binasının istilik sistemi dayandırılıb VİDEO

Bakının Xətai rayonu, Gəncə prospekti, bina 39 ünvanında yaşayan sakinlər günlərdir ki, evlərinə istilik verilmədiyini bildirirlər. Səbəb kimi isə sakinlərin borcunun olduğu göstərilir.

Xezerxeber.az-ın məlumatına görə, məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib ki, həmin ünvanda 176 mənzil var. Orada cəmi 6-8 mənzil daimi ödəniş edir. 83 mənzil isə ümumiyyətlə ödəniş etməyib.

Onun sözlərinə görə, qazanxanaların işləməsi üçün xərc çəkilir. Həmin binada hissəli də olsa ödəniş olunmalıdır ki, istilik bərpa olunsun.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
13
3
xezerxeber.az

10Mənbələr