AZ

Yaşayış binasına istilik sistemi verilməsi dayandırılıb

Bakının Xətai rayonu, Gəncə prospekti, 39 ünvanında yaşayan sakinlər günlərdir ki, evlərinə istilik verilmədiyini bildirirlər. Səbəb kimi isə sakinlərin borcunun olduğu göstərilir.

 Xəzər TV-yə istinadən məlumatda bildirilir ki, məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib ki, həmin ünvanda 176 mənzil var. Orada cəmi 6-8 mənzil daimi ödəniş edir. 83 mənzil isə ümumiyyətlə ödəniş etməyib.

Onun sözlərinə görə, qazanxanaların işləməsi üçün xərc çəkilir. Həmin binada hissəli də olsa ödəniş olunmalıdır ki, istilik bərpa olunsun.

Seçilən
4
3
Shafaqadogru.com

10Mənbələr