AZ

Süni İntellekt "solçu" çıxdı

Alimlər müəyyən ediblər ki, süni intellekt (AI) modellərinin əksəriyyəti sol təmayüllü müəlliflərin materialları əsasında hazırlanıb. Onların eksperimentinin nəticələri Hugging Face süni intellekt həvəskarlarının portalında dərc edilib .

Müstəqil ekspertlər Federico Ricciuti və Cesare Skalia, siyasi seçimlərini öyrənmək üçün müxtəlif süni intellekt modellərini sınaqdan keçiriblər. Digər məsələlərlə yanaşı onlar çatbotlardan sağ və sol görüşlü prezidentlər arasında seçim etsəydilər kimə səs verəcəklərini soruşublar. Çatbotlar əksəriyyətlə sola meylli namizədlərə üstünlük veriblər. Ekspertlər belə nəticəyə gəliblər ki, modellərin əksəriyyəti solçu baxışlara meyl edən materiallardan və mediadan təsirləniblər.

Yanvarın sonunda ABŞ prezidenti Donald Tramp ölkəsini süni intellektin “paytaxtı”na çevirən fərman imzalayıb. Sənəddə bildirilir ki, ABŞ süni intellekt sahəsində liderə çevrilməli, dünyaya hakim və lider olmalıdır.

Seçilən
28
50
aznews.az

10Mənbələr