AZ

İsrail Livan sərhədində 3 Türkiyə vətəndaşını vurub

İsrail

Türkiyənin Xarici İşlər Nazirliyi Livandan qeyri-qanuni yollarla İsrailə keçməyə çalışan 3 Türkiyə vətəndaşının yerləşdikləri bölgədə İsrailin həyata keçirdiyi hava hücumunda həyatlarını itirdiyini bildirib.

Xalqcəbhəsi.az xəbər verir ki, bu barədə Türkiyənin “milliyet.com.tr” saytı məlumat paylaşıb.

Nazirlikdən verilən açıqlamada, “Mərhum vətəndaşlarımıza Allahdan rəhmət, ailələrinə başsağlığı diləyirik. Onların nəşlərinin qısa zamanda ölkəmizə daşınması üçün lazımi prosedurlar həyata keçirilir. Biz qanunsuz hücumu ən sərt şəkildə qınayırıq. İsrail insan həyatını heçə sayan və bölgəmizdə gərginliyi artıran təcavüzkar siyasətinə dərhal son qoymalıdır” deyə qeyd olunub.

Seçilən
1
8
xalqcebhesi.az

10Mənbələr