Türkiyə üç vətəndaşının öldürülməsi ilə bağlı İsraili qınayıb.
Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat yayıb.
Bəyanatda 3 Türkiyə vətəndaşının Livandan qeyri-qanuni yollarla İsrailə keçməyə çalışarkən İsrailin həyata keçirdiyi hava hücumu nəticəsində həyatını itirdiyi bildirilib.
Bəyanatda ölən vətəndaşların ailələrinə başsağlığı verilib və ölən şəxslərin nəşlərinin ən qısa zamanda Türkiyəyə gətirilməsi üçün lazımi işlərin görüldüyü vurğulanıb.
Bəyanatda həmçinin bu ifadələrə yer verilib:"Vətəndaşlarımızın ölümünə səbəb olan bu qanunsuz hücumu ən sərt şəkildə qınayırıq. İsrail təcavüzkar siyasətinə dərhal son qoymalıdır''.